Yeni fındıq və badam bağları salınıb, təsərrüfat inkişaf etdirilir"

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 aprel 2017-ci il tarixində Yevlax şəhərində bir sıra iqtisadi məsələlərə dair keçirdiyi müşavirə böyük önəm daşıyır. Bu sözləri millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, dünya ölkələrində son 2-3 ildə davam edən iqtisadi və siyasi böhran ölkəmizdən yan keçib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü iqtisadi siyasət Azərbaycanda stabilliyin qorunmasına və inkişafına kömək edib. Bu müşavirədə qeyri neft sektorunun, sahibkarlığın inkişafı, Azərbaycan məhsullarının ixracatının artması, "Made in Azerbaijan" brendinin yayılması və yeni bazarlara çıxış yolları müzakirə edilib. Düzgün aparılan iqtisadi siyasət 2016-cı ildə və 2017-ci ilin 1-ci rübündə ixrac olunan məhsulların həcmi o cümlədən, ölkəyə daxil olan xarici valyutanın həcmi artıb. Prioritet sayılan kənd təsərrüfatı məhsullarının: pambıqçılığın, baramaçılığın, şəkər çuğundurunun əkin sahələri artıb, yeni fındıq və badam bağları salınıb.Bununla yanaşı ölkə başçısı İlham Əliyev tərəfindən, kiçik sahibkarlığa daim diqqət və qayğı göstərilir. Dövlətin metodiki köməkliyi, sahibkarlara güzəştli kreditlər ayrılması və kənd təsərrüfatını  texnika ilə təmin edilməsi sahəsində bu sahə inkişaf edir. 2017-ci ilin 1-ci rübünün nəticələri bir daha sübut edir ki, ölkə başçımızın apardığı iqtisadi siyasət düzgündür. Azərbaycan iqtisadiyyatı inkişaf edir və bu ilin axırları bu inkişafın bəhrəsini daha çox görəcəyik.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR