"Kənd təsərrüfatı məhsullarının tədarükü üçün məntəqələr yaradılmalıdır"

"Ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı Azərbaycan prezidenti tərəfindən 11 istiqamət üzrə Strateji Yol Xəritəsini təsdiq edilib. Strateji Yol Xəritəsi neftdən kənar sənaye, xidmət və iqtisadi fəaliyyət sahələrinin inkişafı ilə əlaqədardır. Təbii ki,  biz  neftdən asılılığımızı minimuma endirmək üçün qeyri- neft sektorunu inkişaf etdirməliyik. Azərbaycan prezidentinin də uğurlu siyasəti  bütünlükdə ayrı-ayrı sənaye sahələrinin canlanmasına, nəticə etibarilə isə bu sektorun inkişafı hesabına idxalı əvəzə edən və ixracyönümlü məhsul istehsalının artmasına təminat yaratmış olacaq". Bunu  AMEA İqtisadiyyat İnstitutunun baş elmi işçisi, iqtisad elmlər doktoru, professor Tərbiz Əliyev deyib.

Onun sözlərinə görə, ölkəmizdə qeyri-neft sektorunun inkişafı üzrə irəli sürülən prioritet istiqamətin kənd təsərrüfatı olması təsüdüfi deyil: "Azərbaycan Prezidentinin tapşırığı əsasında ölkəmizdə  pambıqçılığın, üzümçülüyün, baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən işlər bütünlükdə kənd təsərrüfatının, eləcə də qeyri-neft sektorunun inkişafına təkan vermiş olacaq. Belə ki, baramaçılığın, pambıqçılığın inkişafı bütünlükdə yüngün sənayenin, aqrar sənaye kompleksinin inkişafı isə nəticə etibarilə aqrar emal sənayesinin inkişafına təminat yaradacaq. Xammal bazasının inkişaf etdirilməsi isə emal sahəsinin inkişafına təkan verəcək".

İqtisad elmləri doktoru söyləyib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində neft maşınqayırma sahəsinə xüsusi fikir verilməlidir: "Bundan başqa ölkədə neft- kimya sənayesinin inkişafı ilə bağlı tədbirlər həyata keçirilir ki, onların davamlı olması vacib məsələlərdəndir. Çünki neft kimya sənayesi elə bir sahədir ki, o kənd təsərrüfatının bütün istiqamətlərinə müdaxilə etməklə yanaşı xammal kimi istifadə olunur. Bu baxımdan bu sahənin inkişafıgələcəkdə ölkəmizin neftdən asılılığın aşağı salacaq və iqtisadiyyatın digər sahələrini inkişaf etdirməyə imkan verəcək".

Ölkəmizdə qeyri-neft sektorunun inkişafında sahibkarların da mühüm rol oynaya biləcəyini deyən baş elmi işçi qeyd edib ki, bu sahədə hüquq mühafizə orqanlarının da fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir: "Azərbaycan prezidentinin sahibkarlar üçün azad şəraitin yaradılması ilə bağlı tapşırıqları var. Amma bəzən hüquq mühafizə orqanların onların fəaliyyətinə müdaxilə hallarının olduğunu görə bilirik. Sahibkarlar dəstəklənməlidir. Onlara vəsait vermək vacib deyil, sadəcə onların istehsal etdikləri məhsulu dövlət səviyyəsində təşkil edib, almaq lazımdır. Bunun üçün də tədarük məntəqələri yaradılmalıdır. Kənd təsərrüfatında bu vacib məqamdır. Çox təəssüf ki, hazırda ölkəmizdə sahibkarların istehsal etdiyi məhsulların sərbəst satmaq imkanı o qədər də geniş deyil. Bu geniş imkan yaradılsa, sahibkarların məhsul istehsalında marağı daha da artacaq. Bunun nəticəsində daxili bazarın təlabatı ödənməklə yanaşı məhsullarımızın digər ölkələrə ixracına şərait yaradacaq".

T. Əliyev qeyd edib ki, sahibkarların kənd təsərrüfatı məhsullarının istehsalı üçün marağınınb artırılması istiqamətində ticarət evlərinin yaradılması da mühüm rol oynaya bilər: "Bir çox ölkələrdə bu cür təcrübə var. Belə ki, regional  ticarət evlərinin menecerləri və  işçiləri gəlib məhsulu sahibkarlardan alsalar, o zaman nə məhsulumuz kənarda qalar, nə də sahibkarın əziyyəti yerdə qalmaz. Bu istiqamətdə hər kəs öz səyini ortaya qoymalıdır. İstər alimlərimiz, istər istehsalçılar, istərsə də tədarükçülər səylərini birləşdirməli, yüksək nəticələrin əldə edilməsi üçün əlindən gələni etməlidirlər". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR