İqtisadiyyat naziri Dubaya səfər edəcək

İqtisadiyyat naziri, Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək. İqtisadiyyat Nazirliyindən  verilən məlumata görə, iki gün davam edəcək səfər çərçivəsində Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası, Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin iş adamları arasında görüş, eləcə də bir sıra ikitərəfli görüşlər keçiriləcək, Azərbaycan nümayəndə heyəti istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR