"Bir ildən sonra kənd təsərrüfatı ilə bağlı nəticələri görə biləcəyik"

"Azərbaycan Prezidenti İlham Əliyevin Yevlaxda keçirilən müşavirədə söylədiyi fikirlərin hər biri bir daha sübut etdi ki, ölkəmizdə qeyri-neft inkişafı dövlət başçısının diqqət mərkəzindədir". Bunu  Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü, deputat Fəzail İbrahimli deyib.

Ölkəmizdə uzun illərdir ki, regionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının mərhələli şəkildə həyata keçirildiyini deyən deputat söyləyib ki, Azərbaycan Prezidentinin Yevlaxda keçirilən müşavirədə ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılacaq növbəti addımlarla düşüncələrini ifadə etmiş oldu: "Bu strateji kursun başlanğıcı 2003-cü ildən qoyulub və hazırki inkişaf bu yolun düzgün olduğunu göstərir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan dünyaya tamamilə başqa bir libasda təqdim olunur. Bütün regionlarımızda, kəndlərimizdə, qəsəbələrimizdə infrastrukturun inkişafı göz qabağındadır".

Dövlət başçısının müşavirədə söylədikləri fikirlərin ölkəmizin inkişafı üçün proqram olduğunu deyən F.İbrahimli qeyd edib ki, hər kəs tezliklə bu proqramın nəticələrini görəcək: "Azərbaycan iqtisadiyyatında ixracyönümlü məhsulların istehsalına çox böyük diqqət yetirilir. Ölkə başçısının fikirləri ölkəmizdə pambıqçılığın, üzümçülüyün, fındıq istehsalının və digər növ kənd təsərrüfatı məhsulları istehsalının inkişafına təkan verən bir proqramdır. Artıq hər kəsin qarşısında duran vəzifələr müəyyən edilib, rayonlar sahələr üzrə ixtisaslaşdırılıb. Tək məsələ onların icra edilməsidir. Güman edirəm ki, bir ildən sonra kənd təsərrüfatı ilə bağlı nəticələri görə biləcəyik".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR