Dolların məzənnəsində dəyişiklik ola bilər

Dolların məzənnəsinin dəyişməsi müşahidə edilir. Bunu deyən  iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, Mərkəzi bankın depozit hərracları manat bazasını qısamüddətli olsa belə azaldır və bu da dövriyyədə pul kütləsinin həcminə təsir göstərir: "Yalnız son 3 ayda manat bazası 600 milyon manata yaxın azalıb və nağdlaşdırmada olan qadağaları da nəzərə alsaq, o zaman dövriyyədəki milli pul əskinaslarının payı xeyli aşağı düşüb. Bu isə dollara tələbin tənzimlənməsi baxımından keçirilən siyasətdir. Ama nəticədə manat bazasının artması dollara tələbin artmasına gətirib çıxaran siyasətdir. Burdan belə çıxır ki, manat bazası çox vacibdir. İdxal ixrac məsələləri də birbaşa manatın məzənnəsinə təsir edir. Manat bazasının genişləndirilməsi həyata keçirilərsə dollarda artım nəzərə alınacaq. Mərkəzi Bank manat siyasətinin məhdudlaşdırılması siyasətini həyata keçirəcəksə o zaman mövcud intervalda dəyişəcək. Nəzərə almaq lazımdır ki, manatın bazasının məhdudlaşdırılması qısamüddətli dövr üçün nəzərdə tutulan siyasət olmalıdır. Yəni, Mərkəzi Bank mərhələli şəkildə manat bazasının məhdudlaşdırılmasını optimallaşdırma ilə əvəz etməlidir ki, real sektorda xərcləmələrə təşviq edilə bilsin".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR