“Atlet-24” gəmisinin təmiri yekunlaşır

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan 40 tonluq "Atlet-24" kran gəmisinin "Bibiheybət" Gəmi Təmiri Zavodunda əsaslı təmiri yekunlaşır. "OLAYLAR"-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, keçən ilin noyabrından başlanan təmir müddətində gəminin sualtı və suüstü hissələrinin təmizlənməsi, rənglənməsi həyata keçirilib. Hərəkət-sükan kompleksi, dib-yan armaturları və protektor qurğuları sazlanıb. Gövdənin yararsız hissələri dəyişdirilib. Baş və köməkçi mühərriklər, nasoslar, seperatorlar, boru sistemləri, kayutlar və sair yüksək keyfiyyətlə təmir olunub.

Qeyd edək ki, təmir üçün lazımi detallar "Bibiheybət" Gəmi Təmiri Zavodunun Mexaniki təmir bölməsinin Torna sahəsində hazırlanıb. Avadanlıqların işləkliyinə bir daha əmin olmaq üçün gəmi dəniz sınağından keçiriləcək. "Atlet-24" kran gəmisi 1990-cı ildə Polşada inşa edilib. Uzunluğu 63,8 metr, eni 15 metr olan gəmi 1520 at gücünə malik mühəriklə təchiz olunub və surəti 11,24 uzeldir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR