Yeni bitum qurğusunun tikintisi ilə əlaqədar müqavilə imzalanıb

Heydər Əliyev adına Neft Emalı Zavodunda "Azfen" şirkəti ilə yeni bitum istehsalı qurğusunda tikinti-quraşdırma işlərinin həyata keçirilməsinə dair müqavilənin rəsmi imzalanma mərasimi keçirilib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, mərasimdə SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, emal üzrə vitse-prezidenti Davud Məmmədov, H.Əliyev adına NEZ-in direktoru Elman İsmayilov, "Azfen" şirkətinin baş direktoru Həmid Həsənov, eləcə də hər iki qurumun rəhbər nümayəndələri iştirak ediblər. Sonda Yeni bitum qurğusunun tikintisi ilə əlaqədar müqavilə imzalanıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR