Azərbaycanın iqtisadi potensialının böyük hissəsi aqrar sektorda cəmləşib

"Azərbaycanın iqtisadi potensialının böyük hissəsi aqrar sektorda cəmləşib". "OLAYLAR"-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov səsləndirib. O, bildirib ki, əlverişli iqlim şəraiti, münbit torpaqlar, son illərdə dövlət investisiyaları hesabına yaradılan infrastruktur bu sahədə ənənələri dirçəltməklə respublikanın istehsal və ixrac imkanlarının genişləndirilməsinə böyük perspektivlər açır: "Hədəflənən nəticələrin əldə olunması üçün dövlət tərəfindən kənd təsərrüfatının inkişafına böyük diqqət və qayğı göstərilir. Aqrar sektorda çalışan özəl sahibkarlıq subyektləri dövlətdən davamlı olaraq siyasi və maddi dəstək almaqla yanaşı, eyni zamanda, torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad olunublar. Davamlı dövlət dəstəyi sayəsində aqrar sektorda böyük istehsal imkanları yaranıb. Yaranmış qlobal çətinliklər fonunda ölkəmizdə kənd təsərrüfatının inkişafı ilk növbədə daxili tələbatın yerli istehsal hesabına təmin edilməsi baxımından böyük önəm daşıyır. Fermerlərə güzəştli subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, zəruri texnikanın alınması aqrar sektorun potensialından daha

səmərəli istifadə etməklə ölkənin ixrac imkanlarını artıracaq. Təsadüfi deyil ki, həyata keçirilən tədbirlər sayəsində ölkədən ixrac olunan məhsulların strukturunda aqrar sektorun çəkisi ilbəil artır. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin bəhs olunan iclasında müəyyənləşdirdiyi hədəflər respublikamızda aqrar sektorun istehsal və ixrac imkanlarının daha da artmasına müsbət təsir göstərəcək".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR