Dolların bahalaşması onun cəlbediciliyini daha da artırır

"Bahalı dollar siyasəti ABŞ iqtisadiyyatına əlavə kapital axınını təmin edə biləcək ən yaxşı vasitələrdən biridir. Dünyanın ən dayanıqlı valyutası olan dolların bahalanması onun cəlbediciliyini daha da artırır". Bu fikirləri "OLAYLAR"-a iqtisadçı ekspert Fikrət Yusifov səsləndirib. O, bildirib ki, Federal Ehtiyatlar Sistemi ötən ilin dekabr ayının 14-də uçot dərəcəsini 0,25 faiz qaldırmaqla bağlı qərar qəbul etdi. Həmin toplantıda eyni zamanda 2017-ci il ərzində uçot dərəcəsini yenidən 3 dəfə qaldırmaqla bağlı qərar qəbul olundu. Beləliklə, cari ildə uçot dərəcəsinin əlavə olaraq 0,75 faiz artacağı və onun bugünkü 0,75 faiz səviyyəsindən 1,5 faizə yüksələcəyi gözlənilir. Cari ildə artıq ilk addım atıldı. FES uçot dərəcəsini 0,25% artıraraq onu 1%-ə çatdırdı: "Elə bu səbəbdən də imkanlı investorlar ABŞ-n daşınmaz əmlak bazarına və qiymətli kağızlar bazarına daha çox kapital yatırtmaqda maraqlı olurlar. ABŞ Federal Ehtiyatlar Sisteminin 2017-ci ildən sonra da dolların möhkəmləndirilməsi ilə bağlı addımlar atacağı proqnozlaşdırılır. Bütün başqa valyutalar üçün etalon rolunu oynayan dolların bahalanması, dünya maliyyə bazarlarında gedən proseslərə öz təsirini göstərəcək və bu fonda digər ölkələrin milli valyutalarının müəyyən qədər yumşalması baş verəcək. Azərbaycan manatına da bu dəyişikliklərin müəyyən təsiri qaçılmaz olacaq. Ancaq yaxın illər ərzində qeyri-neft sektorunun sürətli inkişafını hədəfləyən islahatlarla biz bu vəziyyəti maksimum stabilləşdirə bilmək imkanları əldə edəcəyik".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR