Nazirlik proqnoza 105,2% əməl edib

Yanvar-fevral aylarında vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam həcmdə icra olunub. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, 2017-ci ilin yanvar-fevral ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 939 milyon 138,2 min manat məbləğində vəsait ödənilib və Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırıqlarına 105,2% əməl olunub. Hesabat dövründə 68 172 vergi ödəyicisi qeydiyyata alınıb ki, bunun da 492-si ƏDV ödəyiciləridir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR