Karmran Babayev: "Türkiyədə 2 mindən çox holland şirkəti fəaliyyət göstərir"

Türkiyə və Niderland arasında iqtisadi əlaqələri zəngin münasibətlər kimi xarakterizə etmək olar. Bu sözləri millət vəkili Kamran Bayramov deyib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi ildən-ilə artmaqdadır və 2015-ci ilin statistik məlumatına görə bu rəqəm 6,1 milyard ABŞ dolları təşkil edib: "Eyni zamanda, Niderlandda 20 mindən çox türk iş adamı, Türkiyədə isə 2 mindən çox holland şirkəti fəaliyyət göstərir. Lakin, məlum hadisələrdən sonra yaxın gələcəkdə sadaladığım göstəricilərin azalmasını proqnozlaşdırmaq olar. Çünki, siyasi müstəvidəki hadisələr mütləq iqtisadi əlaqələrə öz mənfi təsirini göstərir.

Buna görə də, Niderland hökuməti Türkiyənin rəsmi şəxslərinin öz soydaşları ilə görüş keçirməyə əngəl yaradarkən, öz ölkəsində insanların sərbəst toplaşmaq azadlığını məhdudlaşdırarkən və onlara zor tətbiq edərkən, bu addımların fəsadlarını, ikitərəfli münasibətlərə olduqca mənfi təsir göstərəcəyini nəzərə almalı idi". 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR