Hollandiya-Türkiyə iqtisadi münasibətləri hansı səviyyədədir?

Hollandiya-Türkiyə iqtisadi əlaqələrinə nəzər saldıqda şahid oluruq ki, hər iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 6,1 milyard dollardır. Bu sözləri iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bunun 3,2 milyard dolları Türkiyədən Hollandiyaya olan ixracat və 2,9  milyard dolları isə Hollandiyadan Türkiyəyə olan ixracatdır: "Praktik olaraq Türkiyə Hollandiya ilə ticarət münasibətlərində müsbət hal kimi vacib amildir. Hazırda Türkiyədə 2560 Hollandiya şirkəti fəaliyyət göstərir. Aparılan tədqiqatlar göstərir ki, Türkiyədə fəaliyyət göstərən Hollandiya şirkətləri türk ümumi daxili məhsuluna xüsusən də, xarici investisya qoyuluşlarına mühüm töhfə verir. 2002-2016 cı illərdə Hollandiyadan olan şirkətlər Türkiyə iqtisadiyyatına 22 milyard dollara yaxın investisya həyata keçiriblər. Bunlardan əksəriyyəti Türkiyə iqtisadiyyatının payına düşür. Həmçinin, Türkiyənin Hollandiyada kiçik şirkətləri fəaliyyət göstərir. Hollandiyada fəaliyyət göstərən Türkiyə şirkətlərinin 2002-2016 cı illər arasındakı dövriyyəsi 0,2 milyard dollara çatıb. Eyni zamanda, Türkiyə şirkətləri də Hollandiya da xarici investisya qoyuluşlarında xüsusi yer tutub".

Vüqar Bayramov qeyd edib ki, 2015 ci ildə 1,2 milyon hollandiyalı vətəndaş, turist kimi Türkiyə gəlib: "Türkiyə iqtisadiyyatında turizimin inkişafı baxımından Hollandiya önəmli yerlərdən birini tutur. Hollandiya - Türkiyə arasında baş verən narazılığın iqtisadi müstəviyə keçməsi arzuolunan deyil. Əgər baş verən hadisələr iqtisadi müstəviyə təsir edərsə hər iki ölkənin ixrac və idxal maraqları cəhətdən itirən ölkə olacaq". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR