Azərbaycan və Danimarka arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya imzalanıb

Fevralın 17-də Vergilər Nazirliyində "Azərbaycan Respublikası Hökuməti və Danimarka Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya"nın imzalanması mərasimi keçirilib. Nazirlikdən verilən məlumata görə, Konvensiyanı Azərbaycan tərəfdən vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov, Danimarka tərəfdən isə bu ölkənin vergilər naziri Karsten Lauritzen imzalayıblar. Vergilər naziri Fazil Məmmədov ikiqat vergitutmanın aradan qaldırılmasının ölkələrimiz arasında iqtisadi ticarət əlaqələrinin inkişafına töhfə verəcəyini, eləcə də vergidən yayınmanın qarşısının alınmasına xidmət edəcəyini vurğulayıb. Danimarkanın vergilər naziri Karsten Lauritzen isə bu sənədin hər iki ölkənin şirkətləri və iş adamları üçün geniş imkanlar açdığını qeyd edib. Son illər ölkəmizin ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan sazişlər şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənib. Bu günə kimi 52 ölkə ilə müvafiq sazşlər imzalanıb. Bunlardan 48-si artıq qüvvəyə minib, qalanları isə müvafiq prosedurlar tamamlandıqdan sonra qüvvəyə minəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR