İqtisadçıdan proqnoz

 "Neftin 1 barelinin qiyməti uzun müddət 48-58 dollar arasında olacaq"

Süleyman("OLAYLAR") "Amerika dünya bazarlarına satış üçün xam neft çıxarışı həcmini getdikcə artırır. Bir tərəfdən də OPEC və ona üzv olmayan ölkələr hasilatı məlum olduğu kimi azaldır. Məhz bunun müqabilində ABŞ-ın ixracı getdikcə bu cür artırması isə sözsüz ki, heç də təsadüfi xarakter daşımır". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən iqtisadçı ekspert Pərviz Heydərov deyib ki, bu, qiymətləri ya ucuzlaşdırmaq məqsədi daşıyır, ya da ki, OPEC-in və onu dəstəkləyənləri qərarlarından vaz keçməyə çağırır: "Keçən həftə ərzində adı çəkilən ölkə tərəfindən dünya bazarlarına düz 7 milyon barel həcmində xam neft çıxarıldığı deyilir. Eyni zamanda, OPEC-in isə məhz göstərilən həcmdə "ixtisara" getdiyi bildirilir. Maraqlı situasiyadır: neftin bahalaşması ABŞ-a bu sahədə öz ixracını (şist hasilatını canlandırmaq yolu ilə) əslində, genişləndirməyə imkan açır, adı çəkilən tərəf isə bazarda təklifi açıq-aşkar yüksəltməklə bunu belə çıxır ki, bir növ özü əngəlləməyə çalışır". İqtisadçı hesab edir ki, burada yenə məhz siyasi səbəblər mühüm rol oynayır: "Bəli, aşkar görünür ki, ABŞ neftin dünya bazar qiymətlərinin çox da yüksəlməsini istəmir. Lakin iş ondadır ki, bu sahədə çox ucuzlaşma da Amerikaya sərfəli deyil. Belə ki, neft 40 ABŞ dolları həndəvərində olanda Amerikada şist sənayesi durğun vəziyyətlə üzləşir. Odur ki, neftin 1 barelinin qiymətinin hələ uzun müddət 48-58 dollar arasında rəqs edəcəyi gözlənilir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR