Rusiyada real inflyasiya rəsmi statistik göstəricini 5 dəfə üstələyib

Bu ilin yanvar ayı ərzində Rusiyada real inflyasiya göstəricisi dekabr ayı ilə müqayisədə kəskin artım göstərib. Bu barədə "Romira" araşdırma holdinqinin hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, rəsmi statistik göstəricilərə əsasən, yanvarda inflyasiya 0,6% olduğu halda, "Romira"nın deflyator düsturu vasitəsilə hesabladığı real inflyasiya göstəricisi 3,2% təşkil edib. Bu da rəsmi rəqəmlərdən 5 dəfə artıqdır. Hesabata görə, inflyasiyanın sürətlənməsində əsas rolu 7% bahalaşan ərzaq məhsulları və 12% bahalaşan spirtli içkilər oynayıb.  Report.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR