SOCAR Strateji Əməkdaşlıq Memorandumu imzalayıb

Fevralın 15-də SOCAR-ın Baş ofisində ABŞ-ın IBM şirkəti ilə Strateji Əməkdaşlıq Memorandumunun imzalanma mərasimi keçirilib. "OLAYLAR"-ın şirkətə istinadən verdiyi xəbərə görə, memorandumu SOCAR-ın prezidenti Rövnəq Abdullayev və IBM şirkətinin baş vitse-prezidenti və "IBM-Avropa"nın sədri Erik Klementi imzalayıblar. Memorandum çərçivəsində IBM-in qlobal innovasiyalarından istifadə, rəqəmsal innovasiya və transformasiyaya investisiya qoyuluşu, neft hasilatında süni intellekt əsasında Watson əməkdaşlığı, yüksək ixtisaslı kadrlar üçün yeni iş yerlərinin açılması, həmçinin Bakı Ali Neft Məktəbi ilə birgə təlim-tədris və təcrübə proqramlarının təşkili, elmi-tədqiqat və araşdırmaların aparılması nəzərdə tutulur. 
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR