Azərbaycana gətirilən "ikinci əl" paltarlara nəzarət edilirmi?

"Avropadan Azərbaycana "ikinci əl" paltarlar əsasən Niderlanddan gətirilir". Bunu bu gün keçirdikləri mətbuat konfransında Respublika Sanitariya-Karantin Müfəttişliyinin (RSKM) Sanitariya-gigiyena şöbəsinin müdiri Novruzi Saleh bildirib.

Onun sözlərinə görə, Azərbaycan gətirilən "ikinci əl" paltarlara əvvəllər müfəttişlik tərəfindən nəzarət edilirdi. Lakin 2016-cı ildə Nazirlər Kabinetinin tərəfindən təsdiq edilmiş "Sanitariya nəzarətində olan məhsulların siyahısı"na geyinilmiş paltarlar daxil edilməyib. Ona görə də hazırda bu geyimlərə müfəttişlik tərəfindən nəzarət edilmir.

N.Saleh deyib ki, "ikinci əl" paltarlar Niderlanddan yalnız Azərbaycana deyil, bütün ölkələrə də göndərilir:

"Bütün Avropadan olan geyimlər yığılaraq Niderlanddakı böyük bir paltar bazasında toplanılır. Orada müvafiq dezinfeksiya işləri aparılandan sonra onlar təkrar istifadəyə və satışa verilir. Bu paltarlar nəinki Azərbaycana, Yaxın Şərq, Asiya ölkələrinə, hətta Avropanın istənilən inkişaf etmiş ölkələrinə də göndərilir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR