Deputat: “İslahatlar davamlı olacaq”

Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən 2 nazirliyin bazası əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılacaq. Ekspertlər dövlət başçısının bu addımını ölkədə başlanan struktur islahatlarının növbəti dalğası kimi dəyərləndirirlər. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, cənab Prezidentin sərəncam və göstərişlərinə əsasən, struktur islahatları davam etdirilir: "Faktiki olaraq son vaxtlar Nəqliyyat Nazirliyinin tabeliyində olan bütün idarə və təşkilatlar ya sərbəst işləyirdilər, ya da məhdud məsuliyyətli cəmiyyətə çevrilmişdilər. Buna misal olaraq da "Azərbaycan Dəmir Yolları"  Qapalı Səhmdar Cəmiyyətini göstəmək olar. Bu qurum nazirlikdən ayrıldıqdan sonra Cavid Qurbanovun sədrliyilə çox böyük inkişaf yoluna qədəm qoydu. Eləcə də "Azəravtoyol" ASC". Parlament üzvü islahatların davamlı olacağını bildirib: "Bu, hazırki şəraitdə həm ölkənin inkişafı, həm də büdcəyə qənaət edilməsi baxımından çox lazımlı məsələdir. Azərbaycanda nazirliklərin, komitələrin sayı həddindən çoxdur. Bu strukturların sadələşdirilməsinə çox böyük ehtiyac var. Cənab Prezidentin atdığı bu addımları yalnız alqışlamaq olar".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR