Gürcüstan müxalifəti “Rustavi-2” telekanalının müdafiəsi üçün aksiya keçirib

Tbilisi şəhər meriyası qarşısında etiraz aksiyası keçirilib. Müxalifyönümlü "Rustavi-2" kanalına təzyiqlərə etiraz edən 13 fəal saxlanılıb. Səhər saatlarında başlayan etiraz aksiyasının iştirakçıları Ali Məhkəmədən kanalın taleyi ilə bağlı ədalətli və adekvat qərar verilməsini tələb ediblər. Etiraz aksiyasında 8 müxalif partiyanın üzvləri iştirak edib. Onlar analoji aksiyaların paytaxtın polis idarələri qarşısında da keçiriləcəyini açıqlayıblar. Bu barədə APA.az "apsny.ge" saytına istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR