Şahin Mustafayev Qırğızıstan səfiri ilə görüşüb

İqtisadiyyat naziri Şahin Mustafayev Qırğızıstanın Azərbaycan Respublikasındakı səfiri Aycigit Buranovu qəbul edib. Bu barəd nazirlikdən "Olaylar"a verilən məlumata görə, görüşdə Azərbaycan və Qırğızıstan arasındakı iqtisadi əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. Görüşdə həmçinin, keçirilməsi nəzərdə tutulan Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasına və Azərbaycan-Qırğızıstan biznes-forumuna dair fikir mübadiləsi aparılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR