Nəqliyyat Nazirliyinin ləğvi struktur islahatlarının tərkib hissəsidir

"Nəqliyyat Nazirliyinin ləğvi gözlənilən idi. Son illər sözügedən ləğv edilmiş nazirliyin səlahiyyətləri mərhələli şəkildə müxtəlif dövlət qurumları arasında paylaşdırılmışdı. Nəqliyyat Nazirliyinin ləğv edilərək məhz Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi beynəlxalq praktikaya uyğun atılan addımdır". Bunu deyən iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə,  Finlandiya, Avstriya, Norveç, Almaniya (Nəqliyyat və Digital İnfrastruktur formasında), Bolqarıstan, Masidoniya, Kipr, Türkiyə, Andorra, Çili, Peru, İsveçrə (federal department formasında), Latviya, Bosniya və Herseqovina, Qətər, Oman, Myanmar və bir sıra ölkələrdə nazirliklər bu və ya oxşar adlar ilə fəaliyyət göstərirlər. Bu adddımdan sonra Azərbaycanda struktur islahatların davam etdirilməsi çox vacibdir: "Stuktur islahatları çevik idarəetmə, xərclərə qənaət və xeyili dərəcə də şəffaf menecment deməkdir. İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) 2011-ci ildə hazırladığı struktur islahatları paketində nəzərdə tutulan bir sıra təkliflər ötən müddətdə reallaşsa da bir sira təkliflərimizin növbəti dövrdə reallaşmasını məqsədəuyğun hesab edirik. CESD "Azərsu", Meliorasiya və Su Təsərrüfatı səhmdar cəmiyyətlərinin bazasında Dövlət Su Agentliyinin yaradılmasını, İqtisadiyyat və Sənaye Nazirliyinin tərkibindəki Antiinhisar Departamentinin nazirlikdən ayrılması, onun bazasında Rəqabətin Müdafiəsi Agentliyinin yaradılmasını, Energetika Nazirliyinin ləğv edilməsi və funksiyalarının bir qisminin Neft Şirkətinə, digər qismininsə İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsini (bu nazirliyin bazasında Yanacaq Energetika Departamentinin yaradılması) və digər islahatların aparılmasını təklif edir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR