Mərakeş Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır

Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş Energetika Nazirliyində olub. Bu barədə nazirlikdən "Olayar"a verilən məlumata görə, nazir Natiq Əliyevlə görüşdə Mərakeşin beynəlxalq qurumlarda Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsindən məmnunluq ifadə edilib. İkitərəfli iqtisadi münasibətlərin, xüsusilə də enerji sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti barədə söhbət açılıb. Natiq Əliyev müxtəlif dinlərin və mədəniyyətlərin qarşılıqlı anlaşma şəraitində mövcud olduğu Azərbaycanın mədəniyyətlərarası dialoq, tolerantlıq ünvanı kimi tanındığını, 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi ili" elan edilməsinin də mədəniyyətlər və dinlərarası dialoqa töhfə veriləcəyini bildirib. O, bu siyasətin islam ölkəsi kimi Mərakeşlə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığını vurğulayıb. Natiq Əliyev Azərbaycanın Mərakeşin enerji sektorunda iştirak edərək bu təcrübəni bölüşməyə hazır olduğunu diqqətə çatdırıb. Səfir Məhəmməd Adil Embarş isə öz nöbəsində bildirib ki, Azərbaycanla enerji əməkdaşlığının inkişafına nail olmaq əsas hədəflərdəndir. O, ölkəsinin əsas məqsədinin külək enerjisi, hidroenergetika, o cümlədən günəş enerjisi kimi bərpa olunan enerji mənbələrini inkişaf etdirmək və 2030-cu ilə kimi bərpa olunan enerjidən istifadəni 52 faizə çatdırmaqdan ibarət olduğunu bildirib. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR