Prezident bankların fəaliyyətinə qiymət verdi

"Artiq iki aya yaxındır ki, banklar dollar satışını dayandırıblar. Görəsən bu addımı atan bank rəhbərləri başa düşürlərmi onların bu addım hansı nəticələrə gətirib çıxara bilər?". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən iqtisadçı Fikrət Yusifov deyib ki, bu gün minlərlə insan xaricdə oxuyan övladının təhsil haqqını ödəmək, xaricdə müalicə olunmaq və xarici valyutada olan başqa öhdəliklərini yerinə yetirmək məqsədilə dollar axtarışındadır: "Banklar necə ki, vaxtilə vətəndaşlara seçim qoymayıb, onları kreditləri xarici valyutada götürməyə məcbur edirdilərsə, indi də eyni qaydada onları valyuta almaq üçün zorla "qara bazara" yönləndirirlər. Onlar başa düşməlidirlər ki, bu özfəaliyyət acı nəticələrə gətirib çıxara bilər. Onsuz da son bir neçə ildə yarıtmaz əməlləri ilə öz nüfuzlarına kifayət qədər zərbə vurublar". İqtisadçı deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasıda ölkə başçısı çox haqlı olaraq bankların fəaliyyətinə qiymət verib: "Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olmuşdur. Ona görə, bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq." Nə qədər gec deyil banklar onların ünvanına deyilən bu haqlı tənqiddən nəticə çıxarmalıdırlar. Bu gün xarici valyutanın satışını dayandıran bank rəhbərləri bunun eyni zamanda ölkədə ərzaq və dərman qıtlığına və onların qiymətlərinin qalxmasına səbəb olacağını da anlamamış deyillər. Belə olan halda onlar kimə və nəyə xidmət edirlər?".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR