Ölkədə biznes mühitinin formalaşması və sahibkarlığın inkişafına tam hüquqi baza yaradılıb 

"Müşavirədə dövlət başçısının qeyd etdiyi kimi 2016-cı il dərin islahatlar ili oldu. Artıq ölkədə biznes mühitinin formalaşması və sahibkarlığın inkişafına tam hüquqi baza yaradılıb". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə millət vəkili Azər Badamov çıxış edib. O, bildirib ki, iqtisadiyyatın hər hansı bir sahəsində öz potensialını təqdim etmək üçün hər bir vətəndaşa bütün qapılar açılıb: "Dövlət investisiyalar qoyur, xarici investisiyalarını cəlb edilməsinə dövlət təminatı verilir. Sadəcə imkanı olanlar seyriedici mövqeyini saxlayıb yaradılmış şəraitdən maksimum istifadə edərək həm özü inkişaf etməli, həm də yeni iş yerlərinin açılmasında və ixrac yönümlü məhsulların istehsalında öz töhfəsini verməlidir. Dövlət başçımızın müşavirədə toxunmadığı iqtisadiyyatın elə bir sahəsi qalmadı ki, 2017 -ci ildə inkişaf etdirilməsi nəzərdə tutulmasın.

Qeyd etmək istəyirəm ki, 2017 -ci ildə ölkəmiz neft iqtisadyyatından iqtisadiyyatın reallıqlarına əsaslanan iqtisadiyyata keçid edəcək. Bura ölkənin sənayeləşməsi, kənd təsərrüfatının valyuta gətirəcək ənənəvi sahələrin inkişafı, nəqliyyat dəhlizlərin istifadyə veriməsi, inşaat sektorunda inqilabi tikintilərin nəzərdə tutulması, turizm potensialından yüksək dərəcədə istifadə edilməsi, sosial layihələrin yerinə yetirilməsi, xidmətlərin asanlaşdırılması və.s. daxildir. Məhz belə olanda milli valyutamız da möhkəmlənər, həm də dinamik inkişaflı iqtisadiyyata nail olmaq olar".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR