“Azərbaycan Polad İstehsalı Kompleksi” ləğv olunur




"Azərbaycan Polad İstehsalı Kompleksi" QSC ləğv olunduğunu elan edib.

Bu barədə Vergilər Nazirliyindən bildirilib.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini müəssisənin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti,37 ünvanındakı "Demirchi Tower" biznes mərkəzində yerləşən ofisinə bildirə bilərlər.

Xatırladaq ki, "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 mln. manatdır.

Report.az

 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR