2017-ci  ilin ilk ixrac missiyaları

"Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən ixrac missiyaları təşkili 2017-ci ildə də davam etdirələcək.

Qarşıdan gələn ilin ilk ixrac missiyalarının 23-26 yanvar tarixlərində Almaniyaya, 5-8 fevral tarixlərində Əfqanıstana, 8-11 fevral tarixlərində Pakistana, 11-14 fevral tarixlərində Qətərə təşkili nəzərdə tutulur.

İxrac missiyalarında müsabiqə əsasında seçiləcək meyvə-tərəvəz, təbii mineral sular, meyvə şirələri, şəkər və şəkərdən hazirlanan qənnadı məmulatları, süd və süd məhsulları, ət və ət məhsulları, pambıq, kimya və  digər məhsulların istehsalı sahəsində fəaliyyət göstərən  şirkətlər iştirak edəcəklər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR