3 dəfə ailə quran Bahar: "Anam dedi ki, səni görüm övlad üzünə həsrət qalasan" (VİDEO)

Müğənni Bahar Lətifqızı ATV-də aparıcı Əkbər Əlizadənin təqdimatına yayımlanan "Gündən-günə" verilişinin qonağı olub. 

BAKU.WS xəbər verir ki, ağrılı-acılı günlərini xatırlayan müğənni bunları deyib:

"Bir dəfə anamın üzünə vurdum ki, sən yaxşı ana olsaydın, məni internata qoymazdın. Anamda isə epilepsiya xəstəliyi var. O, mənə cavab vermədi, ürəyi getdi. Anam ayılandan sonra mənə dedi ki, səni görüm övlad üzünə həsrət qalasan. O qarğışdan sonra mən bir gün anamgilə getmişdim. O, kresloda oturmuşdu. Artıq 3-cü ailə həyatımı yaşayırdım. Dizlərimi qoydum yerə və dedim ki, ana, bezmişəm. Hərə bir söz deyir. Mən övlad istəyirəm. Mənə elə bir dua et. O qədər ağladı ki. Dedi ki, istəyirəm sənin elə sənin kimi qızın olsun. İndi şükür Allaha, 2 övladım var. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR