"Ərə getmək sənə düşmədi, Natavan" Müğənnini arıqlığına görə tənqid etdilər

Müğənni Natavan Həbibi yeni fotosunu sosial şəbəkədə paylaşıb.

Olaylar.az  axşam.az-a istinadən bildirir ki, sənətçinin 782 minlik İnstaqram-a qoyduğu şəkil tənqid edilib.

Saçlarını daha da qısa kəsdirən Natavan izləyiciləri tərəfindən bəyənilməyib. Onlar ifaçının çox arıqlamasını da irad tutublar.

İzləyiciləri Həbibiyə "Çox arıqlamısınız, sizə yaraşmır. Evlənmək sizə düşmədi. Natavan, səni əvvəl elə bəyənirdim ki... Bu saçda sənə heç baxmaq istəmirəm. Heç yaraşmır, bu qız nə gündədi" kimi şərhlər yazıblar.

Qeyd edək ki, Natavan heç bir pəhriz saxlamadığı bildirib. Sənətçi reper Dado ilə ailə qurduqdan sonra yaşadığı stresə görə bir müddət yemək yemədiyini söyləyib

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR