"Get, buynuzunu başqasının çomağına sürt" - Ramalın cavabı gecikmədi

"Bir el misalı var: "Hamıya it hürəndə, mənə də çaqqallar uluyar".

Olaylar.az Axşam.az-a istinaden xəbər verir ki, bu sözləri müğənni Ramal İsrafilov ötən gün onu döyməklə hədələyən Niyam Səlami haqda deyib. Həmkarını tənqid edən ifaçı onun haqda sərt fikirlər səsləndirib:

"Mənim insanlığıma, sənətimə, xasiyyətimə qiymət verəcək ən son adam sənsən. Hələ ki, efirdən dərs keçəcək statusda deyilsən. Efir mədəniyyətini də səndən öyrənəcək adam deyiləm. Nəyə ixtiyarım, haqqım çatır, buna sən yox, mən qərar verirəm. Öncə haqqı öyrən, sonra kimin haqlı olduğunu öyrənərsən".

İfaçı Niyama aşbaz deməklə onu təhqir etmədiyini bildirib:

"Efirdən birinə aşbaz demək təhqir yox, hərəni öz adı və peşəsi ilə çağırmaqdır. Müsahibəmdə dediklərimi təhqir hesab edirsənsə, buyur, ver məhkəməyə, amma efirdən təhdid eləmə. Unutma ki, efirdən deyilən hər bir təhdid cinayət işinin başlanması üçün sübutdur".
 
Ramal Niyama mahnı verməsi məsələsinə də toxunub:

"Deyirsən ki, sənə mahnı vermişəm. Bəli, "Sənə haram əllər dəymiş" adlı mahnıdır. Elə o mahnı da sənə haram olsun. Sənə mahnını hədiyyə etmişəm, pulla satmamışam. Mahnı hədiyyə edən bəstəkarmı müğəniyə hörmət etməlidir, yoxsa, hədiyyə alan sənin kimi oxuyançılarmı pulsuz mahnı aldığı bəstəkara? Mədəniyyəti və tərbiyəsi olan kəs, əlbəttə ki, hədiyyə verən bəstəkara dəyər verməlidir. Yoxsa sənin kimi çıxıb efirdə şəklimi yerə tullayıb, səviyyəsiz müsahibəyə yol açacaq ifadələr işlətməzdi. Amma səni də qınamıram. Hər kəs öz səviyyəsinə görə danışa bilir, nə az, nə də çox".
 
Səlaminin "Ramal ağzına gələni danışır" sözlərinə isə sənətçi belə reaksiya verib:

"Səndən fərqli olaraq, mən ağzıma gələni yox, ağlıma gələni danışıram. Bunu anlamaq üçün də gərək səndə ağıl ola. Bu gedişlə, çətin ki, dediklərimdən baş açasan. Mövlanənin gözəl sözü var: "Bir cümlə yetər sözdən anlayana, dastan yazsan təsir etməz sözdən anlamayana". Çox şükür, kiminsə qarşısında üz-üzə gələndə utanılacaq işim yoxdur. Nə işim varsa, səninkindən azdır ki, çox deyil. Hələ ki, sən o adam deyilsən üzünə baxmağa üzüm olmaya. Bəli, səndən fərqli olaraq, mən sadəcə mahnı ifa etmirəm, bəstəkaram, yemək bişirməyi də bilirəm, lazım olanda özüm öz stilistliyimi də edirəm. İndi sənin istedadsız olmağının günahkarı mənəm? Get, buynuzunu başqasının çomağına sürt. Cahil insan davul kimidir, səsi çox çıxır, amma içi boşdur. Boş adamlara deyəcək sözüm bu qədər".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR