Röyaya "Ömür boyu paltarlarımı" geyinmisən" deyən Elnarə yazışmaları yaydı

Elnarə Xəlilova bir neçə gündür qalmaqal yaşadığı həmrakı Röya Ayxanı "Nə olsa da, aramızda" adlı yeni mahnısı münasibətilə təbrik edib.

E.Xəlilova aralarında yaşanan xoşagəlməz hadisələrə baxmayaraq, sənət dostuna uğurlar arzu edib. O, Röyaya yazdığı səmimi təbriki və onun yeni ifasını instaqram hesabında paylaşıb:

"Həftənin birinci günü Muxtarla olan yazışmamızdan... İnsan təbii ki, sevdiklərinin uğuruna sevinər. Bu linki mənə ilk tələbəm atdı və "Elnarə xanım, bu mahnı nə vaxt çıxacaq? Bilmirsiniz?" deyə soruşdu. Mən də bəstəkarından soruşdum. Özünün şəxsi nömrəsi 10 ildir məndə olmadığı üçün... Sevmirəm özələ burun soxmağı. Vermirdi, mən də istəmirdim. Nə yaxşı ki, belə bir fürsət yarandı. Hər ikinizi ürəkdən və səmimi qəlbdən təbrik edirəm!"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR