Qazaxıstan Milli Muzeynin əsərləri Azərbaycanda

Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının Milli Muzeyi ilə birgə "Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri" sərgisi keçirilir.

Olaylar.az bildirir ki, sərgi "Qızıl adamın dünya muzeylərinə səyahəti" beynəlxalq sərgilər layihəsi çərçivəsində təşkil edilib. Muzeyin möhtəşəm Şərq zalında təşkil olunan sərginin baş eksponatı 1969-cu ildə Qazaxıstanın tanınmış arxeoloqu Kamal Akişevin rəhbərlik etdiyi ekspedisiyanın Almatı şəhərindən şərqə doğru 50 km. aralıdakı İssıq kurqanında aşkarlanan "Qızıl adam"dır. Hazırda dünyada məşhurlaşan "Qızıl adam" Qazaxıstan Respublikasının rəmzinə  çevrilmişdir. Buraya XIX əsr - XX əsrin ortalarına aid 170-dən çox  zərgərlik məmulatı daxildir. "Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri" sərgisi 2018-ci il iyulun 1-dək nümayiş etdiriləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR