AXC-nin xarici siyasəti mövzusunda  seminar

Milli Azərbaycan Tarixi Muzeyində  Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyilə mütəmadi olaraq Cümhuriyyət və maarifçilik, multikulturalizm mövzularında tələbə və məktəblilər üçün tədbirlər keçirilir. Muzeydə təşkil olunan seminarda "Azərbaycanda Dövlət Gənclər siyasəti və AXC-nin xarici siyasəti" mövzusunda Muzeyin elmi işçiləri - Əli Fərhadov "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında" və "ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)" kitabları haqqında", t.ü.f.d. Bəhman Kərimov "Azərbaycanda gənclər siyasəti", t.ü.f.d. Fuad Ağayev "AXC-nin xarici siyasəti" mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbirdə AXC-nin xarici siyasəti, Qacar İranının Azərbaycan siyasəti, gənclərin Bilik Fondunun dəstəyilə cümhuriyyət, dövlətçilik və milli kimlik mövzusunda maariflənməsi mövzusunda, "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında" və akademik Ramiz Mehdiyevin elmi redaktoru və ön sözünün müəllifi olduğu "ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)" kitabları haqqında geniş məlumat verildi.

Seminarda "Azərbaycan Ordusu" qəzetinin hərbi müxbiri Lalə Hüseynova, Səbail rayonu ADPU - YAP Gənclər Birliyinin sədri Əhməd Ağababayev və digər iştirakçılar da mövzu haqqında çıxış etdilər. Seminarda ADPU, Azərbaycan Dillər Universitetinin tələbələri, H.Mahmudbəyov adına Texniki-Humanitar Elmlər Liseyinin yuxarı sinif şagirdləri iştirak ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR