Sənət Mərkəzində növbəti sərgi - “Baharı birlikdə qarşılayaq!”

Martın 3-də saat 14:00-da Xətai Sənət Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin "Baharı birlikdə qarşılayaq!" adlı sərgisinin həyata keçirilməsi nəzərdə tutulub.

Olaylar.az bildirir ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin, Q. Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müdriyyətinin, incəsənət xadimlərinin və rəssamların, həmçinin kütləvi informasiya vasitələrinin mənsublarının iştirakı nəzərdə tutulub. Sərginin açılışı Q. Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Əziz Qarayusiflinin açılış nitqindən sonra baş tutacaq. Sərgidə 25-dən çox şagirdin 70-dən çox rəsm əsərlərinin nümayişi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, sərgidə  məktəbin "Fidanlar" qrupu kanon ifaçılarının, piano sinfi şagirdlərinin, həmçinin tar, vokal ifaçılarının və musiqi nömrələri və çıxışları baş tutacaq. Sərginin sonunda tədbir iştirakçılarının diplom və hədiyyələrlə təltif olunacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR