Məşhur rusiyalı müğənni Firəngiz Hüseynovanın “Qəlbin inciləri” adlı fərdi sərgisində

Muzey Mərkəzində rəssam Firəngiz Hüseynovanın "Qəlbin inciləri" adlı fərdi sərgisi açılıb. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Mərasimdə Xalq Rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov Firəngiz Hüseynovanın əsərlərinin sənətkarlıq xüsusiyyətlərindən danışıb. Mədəniyyət və Turizm Nazirliyinin dekorativ və tətbiqi sənət sektorunun müdiri Qalib Qasımov, Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, Əməkdar İncəsənət Xadimi Rafiq Kərimov və başqaları sərginin əhəmiyyətindən danışıblar.

İxtisası həkim olan, məşhur akademik Çazovun tələbəsi Firəngiz Hüseynova əsrin dörddəbirini Respublika Diaqnostika Mərkəzi və Ailə Sağlamlıq Mərkəzində kardiodiaqnostika sahəsində çalışıb. "Hər bir insanın ürəyi fərdi, təkrarolunmaz, unikaldır", - deyən Firəngiz Hüseynovanın yaradıcılığı da elə bu prinsipə söykənir.

Rəssamın yaradıcılığında, həmçinin qadın, gənc xanım və qız obrazları cəmlənib. Bu silsiləyə "Arzu", "Səhranın atlısı", "Gecə", "Məktub", "Aynanın qarşısında", "Ana və uşaq", "Gələcək balerina", "Oyuncaqlı qız", "Əkizlər" tabloları aiddir.

Tədbirdə Firəngiz Hüseynova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Fevralın 11-dək davam edəcək sərgidə fırça ustasının müxtəlif janrlarda 100-dək əsəri nümayiş olunur.

Qeyd edək  ki, sərgidə məşhur rusiyalı müğənni Alsu da iştirak edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR