Muzeydə “Qürur və düha. Yaşayan əfsanə” adlı sərgi açılacaq

Fevralın 5-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş "Qürur və düha. Yaşayan əfsanə" adlı sərgi açılacaq.

Muzeydən Olaylat.az -a bildirilib ki, sərgidə görkəmli bəstəkarın yaradıcılığına ithaf olunmuş 40-a yaxın qrafika, rəngkarlıq, heykəltəraşlıq və dekorativ tətbiqi sənət nümunəsi nümayiş olunacaq.

Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Tahir Salahovun ev-muzeyinin kolleksiyalarından Azərbaycan Xalça Muzeyindən əsərlər təqdim olunacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR