Həyat yoldaşı xalq artistinin arxivini muzeyə təhvil vedri

Azərbaycanın tanınmış pianoçusu, Xalq Artisti Çingiz Sadıxovun həyat yoldaşı Ceyran Sadıxova sənətkarın arxiv materiallarını Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə təhvil verib.

Muzeydən Olaylar.az - a bildirilib ki, foto, qəzet, fəxri fərmanlar, afişalar və sənətkarın yaradıcılığını əhatə edən 150-dək sənəd muzeyin fonduna daxil edilib. Yaxın günlərdə muzeydə Çingiz Sadıxovun xatirəsinə həsr edilən tədbir çərçivəsində daxil olan materiallar ziyarətçilərə təqdim olunacaq.

Qeyd edək ki, görkəmli musiqiçi Çingiz Sadıxov 1994-cü ildən Amerika Birləşmiş Ştatlarında yaşayıb, 2017-ci il dekabrın 30-da 88 yaşında San-Xose şəhərində vəfat edib. Yanvarın 16-da Bakıda, ikinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR