“Azərbaycan Xalçası” Ensiklopediyası Nyu – Yorkun məşhur muzeyinə təqdim edildi

Əməkdar Mədəniyyət işçisi, "Şöhrət ordenli", "Azərbaycan Xalçaçıları" İctimai Birliyinin təsisçisi və sədri, Mədəniyyət və İncəsənət Universitetinin professoru, sənətşünaslıq üzrə elmlər doktoru Röya Tağıyevanın ingilis dilinə tərcümə olunmuş "Azərbaycan Xalçası" Ensiklopediyasının Amerikanın Nyu-York şəhərində yerləşən dünyaca məşhur Metropoliten İncəsənət Muzeyində təqdimat mərasimi keçirilib. Olaylar.az bildirir ki, müəllifin özünün də iştirak etdiyi mərasimdə Azərbaycanın mədəni irsi ilk dəfə geniş auditoriyaya təqdim olunub. Təqdimat Muzeyin Toxuculuq Məmulatlarının Konservasiyası Departamenti tərəfindən təşkil edilmiş "Qış-2018" Simpoziumu çərçivəsində keçirilib və Röya xanım Tağıyevanın orada "Azərbaycan xalçası ənənələri" mövzusunda məruzəsi ilə çıxış edib. Məruzədə 2010-cu ildə YUNESKO-nun Ümumdünya İrsinin bir hissəsi elan edilmiş Azərbaycan xalçasının əsas inkişaf mərhələləri və özünəxas xüsusiyyətləri əhatə olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR