Milli İncəsənət Muzeyi hər kəsi dəvət edir…

Azərbaycan Milli İncəsənət Muzeyi ilin ilk ayında hər kəsi - uşaq və böyükləri maraqlı və əyləncə dolu tədbirlərə qoşulmağa dəvət edir.

Muzeydən Olaylar.az -a bildirilib ki, sənət ocağının yanvar ayına nəzərdə tutulan tədbirlər planına çoxsaylı rəsm sərgilərinin və maraqlı proqramların təşkili daxildir. Belə ki, ziyarətçilər muzeydə "Azərbaycanın ipək xəzinələri" adlı sərgi ilə yanvarın 15-də tanış ola biləcəklər. Eyni zamanda, qarşıdakı günlərdə tarixçi Rizvan Hüseynovla 20 Yanvar hadisələrinin müzakirəsinə həsr olunmuş "dəyirmi masa"nın keçirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, muzeydə 6 nömrəli məktəb-liseyin şagirdlərinin esse və rəsmlərindən ibarət sərginin açılması, "Hacı Zeynalabdin Tağıyev- unudulmayan tarix", "Şelkunçiklə muzeydə tətil" uşaqlar və valideynlər üçün bənzərsiz proqram, "XX əsr Azərbaycan incəsənəti" və digər sərgi və tədbirlərin gerçəkləşməsi planlaşdırılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR