Müslüm Maqomayevə həsr edilən müsabiqə

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbində görkəmli Azərbaycan müğənnisi, SSRİ Xalq artisti, dünya şöhrətli vokal və estrada ifaçısı M.Maqomayevin 75 illik yubileyinə həsr olunmuş " Müslüm Maqomayev gənclərin ifasında" adlı müsabiqə keçirilib.

Olaylar.az bildirir ki, müsabiqədə Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri iki nominasiyada üzrə mübarəzə aparıblar.. Müsabiqənin əsas şərtlərindən biri dahi M. Maqomayevin repertuarından olan əsərləri səsləndirmək olub. Gənc ifaçılar bunun öhdəsindən məharətlə gəliblər.

İlk öncə Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Nazim Əliyev çıxış edərək qalibləri təbrik edib, onlara yeni-yeni müvəffəqiyyətlər arzulayıb. Daha sonra qaliblər mükafatlandırılıb.

Vokal nominasiyasında müxtəlif yaş qruplarında 1-ci yerə M. Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri Əliyev Fikrət, Abbaslı İlyas, Həmzəyeva Səma, Estrada ifaçılığı nominasiyasında: 1-ci yerə C.Hacıyev adına 3 №-li 11 illik musiqi məktəbinin şagirdi Məmmədov Emin, layiq görülüblər.

Sonda qaliblərin ifasında qala konsert təqdim olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR