“Rəqs edən pinqvinlər” - Dram Teatrın səhnəsində

Akademik Milli Dram Teatrında Yeni il şənlikləri təşkil olunacaq. Teatrın mətbuat xidmətindən Olaylar.az verilən məlumata görə, şənlik münasibəti ilə hazırlanan "Rəqs edən pinqvinlər" adlı səhnə əsərinin müəllifi və rejissoru Anar Sadıqov, rejissor assistentləri Xanım Həsənova və Könül Kərimovadır.

Maraqlı dekorasiyası, nağılvarı tərtibatı və maraqlı obrazları ilə uşaqları sevindirəcək tamaşanın rəssam işi əməkdar mədəniyyət işçisi İlham Elxanoğluna, rəqslərin quruluşu Lalə Hacıyevaya məxsusdur.

Tamaşada əməkdar artist Elxan Quliyev və aktyor Mətləb Abdullayev, aktrisalar İlahə Həsənova, Rada Nəsibova, əməkdar artistlər Əlvida Cəfərov, Şəlalə Şahvələdqızı, Mehriban Xanlarova, Mirzə Ağabəyli və aktyor Elnur Qədirov, aktrisa Firuzə Balayeva və aktyor Rüstəm Rüstəmov çıxış edəcək.

Qeyd edək ki, yeni il şənlikləri 23, 24, 28, 29, 30, 31 dekabrdan yanvarın 7-dək hər gün dörd seansda təqdim olunacaq. Seanslar saat 11:00, 13:00, 15:00 və 17:00-da keçiriləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR