Muzeyə giriş hamı üçün ödənişsiz olacaq

Azərbaycan Milli İncəsənət Muzeyində "Simmetriya" Sağlamlıq Mərkəzinin dəstəyi ilə valideyn himayəsindən mərhum olmuş uşaqlar üçün xoş təəssüratlarla dolu xüsusi tədbir keçirilib.

Olaylar.az bildirir ki, əvvəlcə uşaqlar muzeyin ekspozisiyası ilə tanış olublar. Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının təqdim etdiyi milli musiqinin

"Təbiətdə simmetriya və onun incəsənətdə təzahür şəkli" mövzusunda mühazirə dinləyən uşaqlar, ustad dərsində panno üzərində Yeni ilin ayrılmaz atributu Şaxta babanın obrazını yaradıblar.

Uşaqlara "Simmetriya" Sağlamlıq Mərkəzinin və Azərbaycan Milli İncəsənət Muzeyinin hədiyyələri təqdim olunub.

Mərkəzin rəhbərliyi "Muzeyin dostu" fəxri diplomu ilə təltif edilib.

Qeyd edək ki, "Simmetriya" Sağlamlıq Mərkəzinin dəstəyi ilə bazar günü - 17 dekabr tarixində Milli İncəsənət Muzeyinə giriş hamı üçün ödənişsizdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR