“Qatar”, “Dəşti” və “Mirzə Hüseyn segahı” Muğam Mərkəzində səsləndirildi

Beynəlxalq Muğam Mərkəzinin reallaşdırdığı "Muğam axşamları" layihəsi çərçivəsində  "Qatar", "Dəşti" və "Mirzə Hüseyn segahı" səsləndirilib.

Konsertdə respublikanın tanınmış xanəndələri Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa etməklə yanaşı, bəstəkar mahnıları və təsniflərə də müraciət ediblər.

Tanınmış mədəniyyət və incəsənət xadimlərinin, habelə ictimaiyyət nümayəndələrinin qatıldığı musiqili gecə maraqla qarşılanıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR