“Qara dastan-37” təqdim edildi

Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında muzeyin, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) arxivinin və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə siyasi repressiyanın 80 illiyinə həsr olunmuş "Qara dastan-37" adlı tədbir-sərgi keçirilib. Muzeydə təşkil edilən sərgidə yeni eksponatlar - müvəqqəti saxlama yerlərinin qapısı, DTX arxivinin sənədləri, muzeyin fondunda saxlanılan müxtəlif əşyalar nümayiş olunub.

Muzeyin direktoru Fəridə Şəmsi 1920-ci ildən başlayaraq 30 ilədək davam edən siyasi repressiyaları Azərbaycan tarixində baş vermiş ən böyük faciələrdən biri adlandırıb.

Bildirib ki, bu illər ərzində qabaqcıl düşüncəyə malik bir çox ziyalılarımız, şairlərimiz, yazıçılarımız, eləcə də dövlət xadimlərimiz repressiyanın qurbanına çevriliblər. 1937-ci ilin sonunda ümumi repressiyaya məruz qalanların sayı 80 min nəfərə çatıb.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, AMEA-nın Arxeologia və Etnoqrafiya İnstitutunun əməkdaşı Tufan Axundov, DTX-nin əməkdaşı Fuad Babayev və başqaları çıxış ediblər.

Çıxış edənlər oktyabrın 24-də Prezident İlham Əliyevin böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladığını bildiriblər.

Sərgidə adı totalitar rejimin repressiya qurbanlarının bütövlüyü rəmzinə çevrilmiş Cavidə aid guşə də tamaşaçılara təqdim olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR