Xalça Muzeyində beynəlxalq dəyirmi masa

Azərbaycan Xalça Muzeyinin 50 illiyi, eləcə də muzeyin yarıdıcısı, xalçaçı-rəssam və xalça sənəti nəzəriyyəçisi Lətif Kərimovun doğum günü ərəfəsində muzeydə silsilə tədbirlər keçirilib. Olaylar.az bildirir ki, Azərbaycan Xalça Muzeyinin yubiley tədbirində çoxlu sayda yerli və xarici mütəxəssisləri toplanaraq, "Muzeylərdə tekstil kolleksiyaları" adlı dəyirmi masa təşkil olunub.

Tədbirdən öncə iştirakçılar Fəxri Xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyev və muzeyin banisi Lətif Kərimovun məzarları üzərinə gül dəstələri qoyublar. Dəyirmi masanın açılışında Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev çıxış edib. Tədbirdə Azərbaycanın 20-dən artıq tarix-diyarşünaslıq muzeylərinin, eləcə də, paytaxtın İncəsənət Muzeyi,  Tarixi Muzeyinin əməkdaşları iştirak edib. Xarici qonaqlar qismində  Mərkəzi Asiya Xalq Sənətinə Dəstək Şəbəkəsi (Qırğızıstan), Drezden Dövlət Sənət Kolleksiyası (Almaniya), Dövlət Ermitajı (Rusiya), Rusiya Federasiyası Elmlər Akademiyasının Sibir Filialının Arxeologiya və Etnoqrafiya İnstitutu (Rusiya), V.N.Karazin adına Xarkov Milli Universitetinin (Ukrayna) nümayəndələri iştirak edib.

Dəyirmi masa iştirakçıları xalça, xalça məmulatları, tikmə, milli geyim nümunələrinin mühafizəsi, nümayişi, bərpası və konservasiyasına dair məsələləri müzakirə ediblər.  

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR