Xalq rəssamının “Dünənin səhəri”

Mədəniyyət və İncəsənət Universitetinin "Vernisaj" zalında Rəssamlıq fakültəsinin dosenti, Xalq rəssamı Xanlar Əhmədovun "Dünənin səhəri" adlı fərdi sərgisi keçirilib. Olaylar.az bildirir ki, sərgidə müəllifin 30-a yaxın əsəri, heykəltəraşlıq nümunələri nümayiş olunub.

Xanlar Əhmədov Əzim Əzimzadə adına Rəssamlıq məktəbini və A.Ostrovski adına Rəssamlıq İnstitutunu bitirib. SSRİ-nin Rəssamlıq Akademiyasının aspirantı olub və bürünc medalı ilə təltif olunub. Rəssamlar İttifaqının üzvüdür. 2002-ci ildə Prezidentin fərmanı ilə Əməkdar rəssamı fəxri adına, 2006-ci ildə isə Azərbaycan təsviri incəsənətinin inkişafındakı xidmətlərinə görə Xalq rəssamı fəxri adına layiq görülüb.

2011-ci ildə Moskva - Dünya Rəssamlıq Akademiyasının heykəltəraşlıq bölməsinin vitse-prezidenti seçilib. 2014-cü ildən Təsviri sənət kafedrasının müdiri vəzifəsində çalışır və tələbələrə Heykəltəraşlıq fənnini tədris edir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR