“Hacı Zeynalabdin Tağıyev klubu”nun növbəti məşğələsi

Oktyabrın 28 - də  Milli Azərbaycan Tarixi Muzeyində görkəmli sahibkar və mesenat Hacı Zeynalabdin Tağıyevin adını daşıyan klubun növbəti məşğələsi təşkil edilib. Olaylar bildirir ki,  H.Z. Tağıyevin həyat və fəaliyyətinə həsr olunmuş məşğələ klubun tarixində ilk dəfə olaraq rus dilində keçirilib. Klubun auditoriyasını 16 №-li texniki-humanitar lisey və 189-190 №-li tam orta məktəbin şagirdləri idi.

Muzeyin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin elmi işçiləri Fuad Ağayev və Ləman Musayevanın hazırladıqları H.Z. Tağıyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət foto-slaydın müşaiyəti ilə keçirilən mühazirəsi böyük marağa səbəb olub.

Tədbirin xüsusi qonağı olan H.Z.Tağıyevin nəticəsi Nazim Abdullayev də şagirdləri maraqlandıran sualları cavablandırıb, klubun fəaliyyətini yüksək qiymətləndirib.

Məşğələdən sonra klub üzvləri "H.Z. Tağıyevin xatirə muzeyi"ni də ziyarət edblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR