Muzeyin 100 illiyi ilə bağlı hazırlıq işlərinə start verildi

Milli Azərbaycan Tarixi Muzeyin 100 lliyi ilə bağlı Muzey tərəfindən silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Olaylar bildirir ki, muzeyin rəhbərliyi, şöbə və fond müdirləri, həmçinin elmi işçilərin iştirakı ilə keçirilən iclasda 2018-2020-ci illər ərzində Muzeyin daimi ekspozisiyasının təkminləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək yubiley ərəfəsində Muzey qarşısında dayanan vəzifələr barədə danışmış, hazırlıq tədbirlərinin məqsəd və vəzifələrini açıqlayıb.

Daha sonar daimi ekspozisiyanın təkminləşdirilməsi üzrə işçi qrupu təşkil edilib. Qrupun rəhbəri təyin olunmuş t.ü.f.d. Səbuhi Əhmədov qarşıda dayanan məsələlərdən danışmış, iş bölgüsü aparılıb. Daimi ekspozisiyanın təkminləşdirilməsi 2008-2017-ci- illər ərzində Muzeyə daxil olmuş yeni eksponatlar hesabına, Vətən tarixşünaslığının son nailiyyətləri nəzərə alınmaqla müasir muzeyşünaslıq tələblərinə uyğun olaraq həyata keçiriləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR