Almaniyanın tanınmış caz qrupu Bakıda

Bakıda Almaniyanın məşhur "Siminoloc" caz kvartetinin iştirakı ilə ustad dərsləri təşkil edilib.

"Landmark"da reallaşan ustad dərsləri Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən XII Beynəlxalq Caz Festivalı çərçivəsində gerçəkləşib.

Möhtəşəm ifa nümayiş etdirən qrup konsertdə öz vokal imkanlarını bütünlüklə təqdim edərək musiqi ilə emosiyalar arasındakı bağlılığı bir daha sübut edib. Həvəskar və peşəkar ifaçıların qatıldığı dərslərdə klassik və müasir caz sənətinin imkanlarından danışılıb.

Həmçinin qrup caz sənətinin pop və klassik musiqinin müxtəlif janrlarını universal üslubda nümayiş etdirib.

Paytaxt sakinləri və şəhərimizin əcnəbi qonaqlarının da qatıldığı konsert proqramı maraqla qarşılanıb.

Qeyd edək ki, festivalda Almaniya, ABŞ, İsveçrə, İsveç, Niderland, İsrail, Türkiyə, Norveç, Kolumbiya, Qvineya, Meksika, Polşa, habelə Azərbaycanın caz kollektivləri iştirak edəcək. Builki festivalın əsas qonaqları sırasında dünya şöhrətli akkordeonçu Rişar Qalyano da yer alıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR