Gənc bəstəkarlar İttifaqa üzv oldular

Oktyabrın 17-də  Bəstəkarlar İttifaqının İdarə Heyətinin nöbəti iclası keçirilib. Olaylar bildirir ki, iclasda çıxış edən İttifaqın sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə cari ilin I yarımilində görülən işlər barədə məlumat verib.

Çıxışında F.Əlizadə 2017-ci ilin ilin sonunadək nəzərdə tutulmuş tədbirlər planına da toxunaraq bildirib ki, oktyabrın 28-də Heydər Əluyev Mərkəzində SSRİ xalq artisti Müslüm Maqomayevin 75 illiyinə həsr edilən xatirə gecəsinin keçirilməsi planlaşdırılıb. Həmçinin noyabr ayında görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin 100 illiyi dövlət səviyyəsində böyük təntənə ilə qeyd ediləcək.  Bundan başqa hər il olduğu kimi bu il də noyabrın 28-29-da  gənc bəstəkarların yeni əsərlərindən ibarət Plenumun da keçiriləcəyini qeyd edən sədr, Plenumda ifa olunacaq əsərlərin yığıldığını əlavə edib.

F.Əlizadə gündəlikdə yer alan üçüncü məsələyə da toxunaraq bildirib ki, dahi bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin 2018-ci ildə 100 illiyi Beynəlxalq Musiqi Festivalı  kimi qeyd olunacaq.

Daha sonra çıxış edən İttifaqın katibi, Əməkdar İncəsənət xadimi, professor Zemfira Qafarova dahi bəstəkar Qara Qarayevin 100 illiyinə böyük bir toplu hazırlandığını, bu topluya daxil ediləcək materialların yığılması prosesinin getdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasın sonunda F.Əlizadə Azərbaycan Bəstəkarlar İttifaqına yeni üzvlərin qəbul edilməsi ilə bağlı məsələni müzakirəyə çıxarıb. İdarə Heyətinin yekdil qərarı ilə istedadlı gənc bəstəkarlar Fərid Fətullayev, Turan Məmmədli, o cümlədən tanınmış musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəna Səfərəliyeva  Bəstəkarlar İttifaqına üzv qəbul ediliblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR