Professor Ə.M.Rəcəbliyə həsr olunmuş elmi sessiya

Tarixi Muzeyində görkəmli tarixçi, numizmat-alim, muzeyin qocaman əməkdaşı, Numizmatika və epiqrafika elmi-fond şöbəsinin müdiri, t.ü.e.d., professor Əli Rəcəblinin 90 illik yubiley tədbiri keçirilib. Tədbirdə Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın akademik-katibi, akad. Nərgiz Axundova, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, t.ü.e.d. Maisə Rəhimova, tarixçilər, arxeoloqlar, muzeyin kollektivi və b. iştirak ediblər.

Olaylar bildirir ki, tədbiri Tarixi Muzeyinin direktoru, akademik Nailə xanım Vəlixanlı giriş sözü ilə açaraq qonaqları salamladı və prof. Əli Rəcəblini yubileyi münasibətilə təbrik etdi. O, bildirdi ki, ömrünün yarıdan çoxunu - 64 ilini numizmatika sahəsinə, muzeyə həsr etmiş alim böyük yaradıcılıq yolu keçmiş və uğurlar əldə etmişdir. Muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyeva iştirakçılara yubilyar alimin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. Tədbirdə tarixçi alimə həsr olunan slayd-film nümayiş olundu.

Sonra AMEA-nın vitse-prezidenti, akad. İsa Həbibbəyli çıxış etdi. İ.Həbibbəyli prof. Əli Rəcəblinin tarix elmi və numizmatika sahəsindəki tədqiqatlarından, kitablarından danışdı, alimin əldə etdiyi uğurları bir daha iştirakçıların nəzərinə çatdırdı. O, qeyd etdi ki, prof. Əli Rəcəbli illər ərzində qazandığı uğurlara görə, məhsuldarlığının nəticəsi olaraq AMEA-nın prezidenti Akif Əlizadə tərəfindən A.A.Bakıxanov adına medalla təltif olunmuşdur. İ.Həbibbəyli tarixçi alimə tədqiqat işlərinin davamını və tarix elminə yeniliklər gətirməsini arzuladı.

Yubilyar alimi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, t.ü.e.d. Maisə Rəhimova da təbrik edərək, arxeologiya və numizmatika sahəsində birgə gördüyü işlərdən və əldə olunan uğurlardan bəhs etdi.

2017-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə Akademiyanın prezidenti akad. Akif Əlizadə tərəfindən A.A.Bakıxanov adına medalla təltif olunmuşdur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR